Avropa yeni soyuq müharibə əvəzinə sülh və sabitliyi seçməlidir

Avropa yeni soyuq müharibə əvəzinə sülh və sabitliyi seçməlidir

7 Dekabr 2023 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çin sədri Xi Jinping dörd ildə ilk dəfə üz-üzə keçirilən Çin-Avropa İttifaqı sammitində Avropa İttifaqı liderlərinə xəbərdarlıq edib ki, Çin və Avropa fərqli siyasi sistemlərinə görə bir-birini rəqib görməməli və münaqişəyə girməməlidir.
Ticarət balanssızlığından tutmuş Ukraynaya qədər bir çox mövzunun müzakirə edildiyi görüşdə Xi Çinin Avropa İttifaqını mühüm iqtisadi və ticarət tərəfdaşına çevirməyə, elm və texnologiya sahələrində, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
CCTV dövlət telekanalının məlumatına görə, görüşdə Xi Avropa İttifaqını ikitərəfli münasibətlərdə "bütün müdaxilələri aradan qaldırmağa" çağırıb.
Hər iki tərəf sammit öncəsi gözləntiləri azaltmağa çalışarkən, Çinin xarici işlər naziri Vanq Yi bazar ertəsi Avropa İttifaqı ölkələrinin səfirlərinə deyib ki, Avropa “yeni soyuq müharibə” əvəzinə “sülh və sabitliyi” seçməlidir.

Oxuməni.az