Tayvan Çinlə qarşıdurmada Hindistanın kozırına çevrilir

Tayvan Çinlə qarşıdurmada Hindistanın kozırına çevrilir

7 Dekabr 2023 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistan və Tayvan arasında qeyri-rəsmi əlaqələr güclənir. Tayvanın faktiki konsulluğu olan Taypeyin iqtisadi və mədəni mərkəzi Mumbayda, daha əvvəl isə Hindistanın digər iki şəhərində açılıb. İqtisadi əlaqələr də genişlənir. Texnologiya nəhəngi Apple üçün komponentlər istehsal edən Tayvanın Foxconn şirkəti istehsalının bir hissəsini Çindən Hindistana köçürmək qərarına gəlib. Hindlilərə adada işləmək imkanı verən pakt imzalanmağa hazırlanır. Pekinin narazılığına baxmayarag Taypey və Yeni Dehli arasında əlaqələr hərbi sahəyə keçdi. Ekspertin fikrincə, Hindistan üçün Tayvan Çinin təzyiqinə qarşı çəkiyə çevrilib.
Hindistanın Şiv Nadar Universitetinin əməkdaşı Jabin Jacob deyir ki, Yeni Dehlinin Taypeylə əlaqələri onların iqtisadi və sonradan strateji maraqlarının yaxınlaşması əsasında inkişaf edib. Bu, Çinin sərhəd məsələsi ilə bağlı Hindistana, eləcə də separatçı əyalət hesab etdiyi Tayvana təzyiqi artırdığı bir vaxta təsadüf edir. Bu, Dehli və Taypey arasında yaxınlaşma üçün stimul rolunu oynadı.

Lakin Dehli hələ 1950-ci ildə ÇXR-i Çində yeganə qanuni güc kimi rəsmən tanıyıb və Soyuq Müharibə dövründə Tayvanla rəsmi əlaqələri saxlamayıb. Yalnız Sovet İttifaqının dağılmasından sonra Hindistan Şərqi Asiya regionunda öz statusunu yaxşılaşdırmaq və Çinin təsirinin artmasının qarşısını almaq məqsədi ilə “şərqə baxmaq” siyasəti yürütməyə başladı.

Bunun fonunda Hindistan Tayvanla əlaqələri gücləndirməyə başladı. Smitin sözlərinə görə, Tayvan üçün diplomatik məkan daralır. Axı, yalnız 12 dövlət suveren ölkə kimi onunla münasibətlərini davam etdirir. Lakin digər dövlətlər buna baxmayaraq Tayvanla qeyri-rəsmi əlaqələri genişləndirir, Hindistan ən mühümdür.

Hindistanın Tayvanla ticarəti 2001-2021-ci illər arasında 1 milyard dollardan 7 milyard dollara yüksəlib.

Bu tendensiya başa düşüləndir. S&P-ə görə, Hindistan 2030-cu ilə qədər ABŞ və Çindən sonra dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək.

Oxuməni.az