Qazaxıstan Avropa İttifaqı ilə strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir

Qazaxıstan Avropa İttifaqı ilə strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir

7 Dekabr 2023 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Avropa İttifaqı ilə strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir. Akorda saytı xəbər verir ki, bunu dekabrın 7-də dövlət başçısı Qasım-Jomart Tokayev Avropa İttifaqının səfiri Kestutis Yankauskas ilə görüşündə deyib.

“Tokayev Qazaxıstanın Aİ ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyini, eləcə də C5+Aİ formatı çərçivəsində çoxşaxəli əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Prezident siyasi islahatlar kursunun uğurla həyata keçirilməsindən danışıb və demokratiyanın möhkəmləndirilməsində Qazaxıstana verdiyi dəstəyə görə Aİ-yə təşəkkür edib.

Görüşdə mühüm xammal, yaşıl inkişaf, nəqliyyat, logistika və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Tokayev ilk dəfə deyil ki, Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafı haqqında danışır. Keçən ilin yayında Avropa Şurasının prezidenti Çarlz Mişel ilə görüşən Tokayev, Aİ ilə əməkdaşlığı prioritet, Avropa İttifaqını isə “Qazaxıstan iqtisadiyyatının aparıcı ticarət tərəfdaşı və ən böyük investoru” adlandırıb.

Son aylarda respublika Aİ-dən bir neçə yüksək səviyyəli qonağı qəbul edib: Fransa prezidenti Emmanuel Makron Astanada rəsmi səfərdə olub, Tokayevlə ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edib. Daha sonra Qazaxıstan lideri Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Noyabrın sonunda Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sallivan ikinci dəfə Qazaxıstana səfər edərək, bir sıra malların Rusiyaya təkrar ixracının azaldılmasında göstərdiyi köməyə görə respublika rəhbərliyinə təşəkkür edib.

Oxuməni.az