
Monqolustan BMT-yə üzv olan bütün dövlətlərlə diplomatik əlaqələr qurub
Nyu-Yorkda Monqolustan və Botsvana Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Rəsmi Bəyanat imzalanıb.
Beləliklə, bu gündən Monqolustanın bütün BMT-yə üzv dövlətlərlə diplomatik əlaqələri var. Bunun nəticəsidir ki, Monqolustanın BMT-yə üzv olan 193 ölkə ilə diplomatik əlaqələr qurmaq məqsədi bu il tam reallaşdı. Monqolustanın Fələstin, Müqəddəs Taxt-Tac və BMT-də müşahidəçi statusuna malik Avropa İttifaqı ilə də diplomatik əlaqələri var.
2011-ci ildən bəri 193 ölkə - dünyanın demək olar ki, bütün suveren dövlətləri BMT-nin üzvüdür.
Oxuməni.az
Digər xəbərlər