Ukrayna ABŞ-dan F-18, C-130, C-17, Apache və Blackhawk helikopterləri istədi

Ukrayna ABŞ-dan F-18, C-130, C-17, Apache və Blackhawk helikopterləri istədi

7 Dekabr 2023 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri ABŞ-dan Ukrayna Silahlı Qüvvələri üçün F-18 Super Hornet qırıcıları, “Apache” və “Blackhawk” helikopterləri, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və digər silah və sursatların verilməsini xahiş ediblər.

Reuters bu barədə sənədlərə istinadən xəbər verir.

Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri dekabrın 6-da Vaşinqtonda rəsmilərin və liderlərin iştirak etdiyi konfransın qapalı iclasında Amerika tərəfinə “Ukrayna Müdafiə Qüvvələrinin ehtiyaclarını ödəmək üçün silahların tam siyahısını” təqdim edib.

Siyahıya Ukraynanın Abrams tankları və 155 mm-lik artilleriya kimi artıq sahib olduğu silahlar, həmçinin F-16 döyüş təyyarələri, pilotsuz təyyarələr və uzaq mənzilli ATACMS raketləri kimi artıq tələb etdiyi silahlar daxildir.

Bundan əlavə, siyahıya daxildir:

MQ-9B Sky Guardian da daxil olmaqla General Atomics tərəfindən istehsal olunan dronlar;
Lockheed-dən Terminal High Altitude Area Defense (THAAD) hava hücumundan müdafiə sistemləri;
Boeing-in bahalı C-17 Globemaster təyyarəsi;
Lockheed Martin tərəfindən istehsal olunan C-130 Super Hercules təyyarəsi;
Boeing-in Apache hücum helikopterləri;
Lockheed Martin-in Sikorsky bölməsi tərəfindən istehsal edilən Black Hawk helikopteri.
Bu arada ABŞ Senatı Ukrayna və İsrailə dəstək verilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.

Bununla belə, ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresi hələ də bu layihəni qəbul etməyə inandırmağa çalışır.

Oxuməni.az