İsrail BMT baş katibini istefaya çağırıb

İsrail BMT baş katibini istefaya çağırıb

7 Dekabr 2023 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

“The Times of Israel” xəbər verir ki, İsrailin BMT-dəki səfiri Gilad Erdan BMT-nin baş katibi Antonio Quterreşin Qəzzada humanitar atəşkəs çağırışına və dəfələrlə onun istefası ilə bağlı çağırışlarına kəskin reaksiya verib.

"Bu gün baş katib yenidən mənəvi baxımdan aşağı səviyyədə olduğunu göstərib",- deyə Erdan bəyan edib..

O əlavə edib ki, atəşkəs çağırışı “həqiqətən HƏMAS-ın Qəzzada terror hökmranlığını davam etdirməsi çağırışıdır”.

“Baş katibin təhrif edilmiş baxışı Qəzzada döyüşləri uzadır, çünki bu, HƏMAS terrorçularına müharibənin dayandırılacağına və onların sağ qala biləcəklərinə ümid verir”, - İsrailin BMT-dəki səfiri bildirib.

“Mən bir daha Baş katibi dərhal istefaya çağırıram. BMT-yə HƏMAS-ın yazdığı ssenari ilə hərəkət edən baş katib yox, terrorizmlə mübarizəni dəstəkləyən baş katib lazımdır”, - Gilad Erdan bildirib.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında humanitar atəşkəsə çağırıb. O, BMT Nizamnaməsinin 99-cu maddəsinə əsasən, beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradan istənilən məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək hüququna malik olduğunu vurğulayıb.

Quterres bu həftə Təhlükəsizlik Şurasından Qəzzadakı vəziyyəti müzakirə etmək və humanitar atəşkəsə çağırmaq üçün iclas təşkil etməyi xahiş edib.

Təhlükəsizlik Şurasının əksər üzvləri atəşkəs ideyasını dəstəklədiklərini bildiriblər, lakin İsrailin müttəfiqi olan və Təhlükəsizlik Şurasında veto hüququna malik olan ABŞ bu təşəbbüsü hələ də dəstəkləməyib.

Oxuməni.az