Boris Conson "COVID-19" qurbanlarının ailələrindən üzr istəyib

Boris Conson "COVID-19" qurbanlarının ailələrindən üzr istəyib

7 Dekabr 2023 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ölkənin pandemiyaya reaksiyasına dair dinləmələrdə danışarkən "COVID-19" qurbanlarının ailələrindən “ağrı, itki və iztirab” üçün üzr istəyib. Mərhumun qohumları mütəmadi olaraq onun çıxışına müdaxilə edirdilər, onlardan biri əlində “Ölülər üzr istəmələrini eşitmir” yazılmış lövhə tutmuşdu. Daha sonra onlar zaldan çıxarılıblar .

Qəbul edilmiş qərarlara görə məsuliyyətlə bağlı sualı cavablandıran siyasətçi “şübhəsiz səhvlərə yol verildiyini” etiraf edib.
Böyük Britaniyada "COVID-19" 232,000-dən çox insanın ölümünə səbəb olub.
Conson 2022-ci ilin sentyabrında "Downing Street" iqamətgahında karantin zamanı şənliklər haqqında məlum olduqdan sonra baş nazir postunu tərk edib.

Oxuməni.az