Ermənistan Rusiya silahlarından şikayət edib

Ermənistan Rusiya silahlarından şikayət edib

7 Dekabr 2023 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Emənistan müdafiə nazirinin keçmiş müavini, 44 günlük müharibənin araşdırılması üzrə parlament komissiyasının üzvü Qaqik Melkonyan müsahibəsində Ermənistan tərəfinin münaqişə zamanı “İsgəndər” raket sistemindən tam istifadə etmək imkanının olmadığını bildirib.

Onun sözlərinə görə, bu silahlardan istifadə barədə qərarı Rusiya tərəfi verib.

“Bizə bu kompleks verilmişdi, lakin o, tamamilə kodlaşdırılmışdı, bir dəfə partlayış səsi çıxara bilərdi və başqa cür onu yenidən kodlaşdırmaq mümkün deyildi”, - Melkonyan bildirib.

Melkonyan onu da dəqiqləşdirib ki, baş nazir əvvəllər Ermənistanın müəyyən silah növlərinə tam nəzarət etmədiyini qeyd edib. Xüsusilə, o, müharibə zamanı tədarük edilən və nasaz olduğu ortaya çıxan BUK hava hücumundan müdafiə sistemlərini xatırladıb.

“Məndə olan məlumata görə, onlar işləmirdi, çünki bizim olduğumuz ərazidə hava açıq qalır”, - deyə Melkonyan şikayətlənib.

Oxuməni.az