ABŞ səfiri Orbanı NATO maraqlarına məhəl qoymamaqda ittiham edib

ABŞ səfiri Orbanı NATO maraqlarına məhəl qoymamaqda ittiham edib

6 Dekabr 2023 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Budapeştdəki səfiri Devid Pressman dekabrın 5-də Macarıstan hökumətini NATO-dakı müttəfiqlərinin maraqlarına “görməmiş” və müttəfiqlərin onu təcrid etdiyi bir vaxtda Rusiya ilə əlaqələri gücləndirdiyinə görə tənqid edib. Bu barədə “Reuters” yazır.

Macarıstana sərmayə qoyan Amerika şirkətləri ilə görüşdə çıxış edən səfir bildirib ki, Macarıstan Avropa İttifaqı və NATO üzvü kimi inkişaf edir və şirkətlərə orada uğurlu iş aparmağa imkan verir. Bununla belə, onun sözlərinə görə, indi bu ölkə-Macarıstan NATO müttəfiqlərinə arxalanır, lakin Avropadakı müharibə zamanı da daxil olmaqla, həmin müttəfiqlərin və bizim Alyansımızın maraqlarına məhəl qoymayaraq özünü rahat hiss edir.

“Bu hörmətsizlik baş nazir Orban Rusiya Prezidenti Vladimir Putini qucaqlayanda, onun hökuməti qonşusu Ukraynaya son dərəcə ehtiyac duyulan yardımı dayandırmaqla hədələyəndə, müstəqil media və vətəndaş cəmiyyəti təşkilatları araşdırılanda və hücuma məruz qalanda özünü daha çox göstərirb,”-deyə Pressman bəyan edib.

Səfir həmçinin Orbanın hakim partiyası tərəfindən hazırlanan və parlamentdə qəbulu gözləyən suverenliyin qorunması qanun layihəsi ilə bağlı “dərin narahatlığını” ifadə edib. Pressman bildirib ki, Budapeşt qeyri-məhdud və nəzarətsiz istintaq səlahiyyətləri ilə silahlanmış yeni daxili təhlükəsizlik agentliyi yaradacaq.

Oxuməni.az