Kuleba: ABŞ Konqresi Milad bayramına qədər Ukraynaya hərbi yardımı təsdiqləyə bilər

Kuleba: ABŞ Konqresi Milad bayramına qədər Ukraynaya hərbi yardımı təsdiqləyə bilər

6 Dekabr 2023 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ABŞ Konqresinin Miladdan əvvəl Ukraynaya hərbi yardımı təsdiq etməyə vaxtının olub-olmayacağına aydinlıq qətirib. Bunu Kiyevdə Niderlandın xarici işlər naziri Hanke Brains Slot ilə birgə mətbuat konfransında deyib.

O cümlədən Kuleba ABŞ Konqresinin Milad bayramına qədər Ukraynaya hərbi yardımla bağlı qərarı təsdiqləməsinin mümkün olub-olmaması sualına cavab verib.

“İş dayanmır, davam edir”, - XİN rəhbəri vurğulayıb.

Nazir, həmçinin xatırladıb ki, ötən həftə NATO nazirlərinin toplantısı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə söhbət edib.

"Bu söhbətin böyük bir hissəsi məhz bu məsələyə həsr olunub. Həmkarımdan eşitdiklərim ümidvericidir, lakin bu, Amerika siyasətinin, Amerika parlamentinin qərarıdır, ona görə də bunu onların ixtiyarına buraxırıq",- deyə Kuleba bildirib.

Bundan əlavə, XİN rəhbəri əmin edib ki, Ukrayna bu qərarın vaxtında təsdiqlənməsi üçün bütün səviyyələrdə fəaliyyətini davam etdirir.

Oxuməni.az