Qadın 8 aylıq körpəsini dənizə atdı
Keniyada 8 aylıq körpəsini bərədən dənizə atdığı iddia edilən qadın saxlanılıb. Körpənin yaxınlıqdakı insanlar tərəfindən xilas edildiyi və müalicə olunduğu bildirilib.
«Citizen» televiziyasının məlumatına görə, dünən Mombasada limanda gözləyən bərədə olan qadının 8 aylıq körpəsini dənizə atdığı iddia edilib.
Körpə yaxınlıqdakı insanlar tərəfindən xilas edilərkən çəkilən və sosial mediada yayılan görüntülərdən sonra hadisə ilə bağlı araşdırma başladılıb. Hadisə şahidlərinin qadının körpəni qəsdən dənizə atdığını iddia etməsindən sonra polis qadını nəzarətə götürüb.
Keniya Qırmızı Xaç Mərkəzində müalicə olunan körpənin vəziyyətinin hazırda yaxşı olduğu bildirilib.
Oxuməni.az
Digər xəbərlər