İsrail Qəzzada tunelləri dəniz suyu ilə doldurmaq istəyir

İsrail Qəzzada tunelləri dəniz suyu ilə doldurmaq istəyir

5 Dekabr 2023 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ mətbuatında yer alan iddialara görə, İsrail rəhbərliyi Qəzzada kəşf etdiyi tunelləri duzlu su ilə dolduracaq. Məlumatlara görə, dənizdən su çəkəcək nasoslar quraşdırılır.

HƏMAS-ın Qəzzaya nəzarəti zamanı ərazini tunellərlə təchiz etdiyi məlumdur. Bu tunellərin İsrailin quru əməliyyatında HƏMAS-ın ən güclü silahı olacağı iddia edilirdi.

İsrail ordusu Qəzzanın şimalında ələ keçirdiyi ərazilərdə çoxlu tunel aşkarlayıb. Bu tunellərdən bəzilərinin HƏMAS tərəfindən tikildiyi şübhə doğursa da, Təl-Əviv tunellərin yararsız hala salınmasını istəyir.

ABŞ-da dərc olunan «Wall Street Journal» qəzetində yer alan iddialara görə, İsrail tunelləri Aralıq dənizindən çəkdiyi duzlu su ilə dolduracaq.

Xəbərə görə, ən azı beş nasosun quraşdırılması başa çatıb. Bildirilir ki, hər nasos saatda minlərlə kubmetr su ötürmək gücünə malikdir.

İsrail ordusu nasoslarla bağlı suala birbaşa cavab verməkdən imtina edib. Ordunun verdiyi açıqlamada bu ifadələr yer alıb: İsrail müdafiə qüvvələri HƏMAS-ın terror potensialını məhv etmək üçün müxtəlif üsullardan, o cümlədən müxtəlif hərbi və texnoloji vasitələrdən istifadə edir.

Xəbərdə Netanyahu bu planı ötən ay ABŞ prezidenti Co Baydenə açıqlasa da, yekun qərar hələ verilməyib.

Oxuməni.az