Braziliya Putini 2024-cü ilin sentyabrında keçiriləcək G20 sammitinə dəvət edəcək

Braziliya Putini 2024-cü ilin sentyabrında keçiriləcək G20 sammitinə dəvət edəcək

5 Dekabr 2023 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliya hakimiyyəti Rusiya prezidenti Vladimir Putini 2024-cü ilin sentyabrında Cənubi Amerika ölkəsində keçirilməsi planlaşdırılan İyirmiliklər Qrupu (G20) sammitinə dəvət edəcək, baxmayaraq ki, Braziliya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır. Rusiya lideri hərbi cinayətlərdə iştirakda ittiham olunur. Bu barədə bazar ertəsi respublika prezidenti Luiz İnasio Lula da Silva məlumat verib.

“Putin gəlsə də, gəlməsə də, onu dəvət edəcəklər. Onun barəsində Beynəlxalq Cinayət Məhkəməsində məhkəmə prosesi gedir, o, nəticələrini qiymətləndirməlidir”, - yerli “Correio Brasiliense” qəzeti dövlət başçısının sözlərindən sitat gətirir.

" Roma Əsasnaməsini imzaladığı üçün Braziliya məsuliyyət daşıyır ", - deyə Luiz İnasio Lula da Silva bildirib .

Oxuməni.az