Putinin neofaşizm mövqeyi: Miqrantlar Rusiya ənənələrinə hörmət etməlidirlər

Putinin neofaşizm mövqeyi: Miqrantlar Rusiya ənənələrinə hörmət etməlidirlər

5 Dekabr 2023 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək miqrantları Rusiya iqtisadiyyatının maraqlarına riayət etməli, mədəniyyətinə, adət-ənənələrinə və qanunlarına hörmət etməlidır. Bu barədə Prezident Vladimir Putin bildirib.

“Biz ilk növbədə Rusiya iqtisadiyyatının maraqlarına cavab verən əmək resurslarını cəlb etməliyik. Bu o deməkdir ki, bu insanlar dil, etnomədəni baxımdan hazırlanmalı, adət-ənənələrimizi bilməli, qanunlarımıza hörmətlə yanaşmalıdırlar. Biz isə MDB və Mərkəzi Asiya ölkələrindən olan həmkarlarımızla birlikdə bunun üzərində birgə işləyirik”, - deyə Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası bu ölkələrdə rus dilində tədris olunan məktəblər açır və tədbirlər keçirir.

O qeyd edib ki, miqrantların hüquqları məsələsi “çox kəskindir”.

“Burada mən razı olmaya bilmərəm ki, etnomədəni tarazlıq qorunmalıdır. Təbii ki, bu sahədə baş verən hər şeyi, ilk növbədə, iqtisadiyyatın maraqları və işçi qıtlığı diktə edir. Amma təbii ki, bu adamları öyrətmək lazımdır”, - prezident bildirib.

Eyni zamanda, o, vurğulayıb ki, ilk növbədə, Rusiya Federasiyası vətəndaşlarının (rusların) bütün sahələrdə maraqlarını ön plana çəkmək lazımdır.

Bu isə o deməkdir ki, Putin miqrantlara münasibətdə neofaşizm mövqeyindən çıxış edir.

Oxuməni.az