Almaniyada güclü qar səbəbindən bütün nəqliyyat sistemi dayanıb

Almaniyada güclü qar səbəbindən bütün nəqliyyat sistemi dayanıb

5 Dekabr 2023 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın cənubunda yağan güclü qar həyata mənfi təsirini davam etdirir. Münhen hava limanında əlverişsiz hava şəraiti səbəbindən bütün uçuşlar təxirə salınıb. Yarım metrə qədər yağan qar dəmir yolu və quru nəqliyyatına da təsirsiz ötüşməyib.

Bildirilib ki, əksər bölgələrdə qışın şiddətli başlaması ilə əlaqədar hava nəqliyyatında məhdudiyyətlər yarandığı üçün yüzlərlə sərnişin hava limanında qapalı qalıb. Qapalı qalanlar üçün hava limanına portativ çarpayıların gətirildiyi açıqlanıb.

Digər tərəfdən, yarım metrə qədər yağan qar dəmir yolu hərəkətinə də təsir edib. Alman Dəmir Yolları Bavariyadan Baden-Vürtemberq və İsveçrəyə hərəkətin dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.

Münhendə qar və şaxtanın sıfırın altında olması nəqliyyatın hərəkətinə mənfi təsir göstərir. Şəhərin tramvay xəttində fasilələr yaranarkən, çoxlu yol qəzaları baş verib. Almaniya Meteorologiya İdarəsi də ölkənin bir çox bölgələrində buzlaşma ola biləcəyi barədə xəbərdarlıq edib.

Oxuməni.az