Qırğızıstan və Tacikistan daha 24,01 km sərhəd haqqında razılığa gəliblər

Qırğızıstan və Tacikistan daha 24,01 km sərhəd haqqında razılığa gəliblər

5 Dekabr 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 29-dan dekabrın 5-dək Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qrupları və işçi qruplarının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, görüş Tacikistanın Suqd vilayətinin Buston şəhərində baş tutub.

Qırğızıstan-Tacikistan sərhədinin 24,01 km-də topoqrafik işçi qrupları razılaşıb.

Nazirlər Kabineti əlavə edib ki, tərəflər Qırğızıstan ərazisində baş tutacaq növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər.

İclasın yekunu üzrə müvafiq Protokol imzalanıb.

Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 972 km-dir. Noyabrın əvvəlində topoqrafik işçi qrupları dövlət sərhədinin 75,28 kikometri ilə bağlı razılıq əldə ediblər.

Oxuməni.az