İsrailin nüvə bazası HƏMAS-ın raket hücumuna məruz qalıb

İsrailin nüvə bazası HƏMAS-ın raket hücumuna məruz qalıb

5 Dekabr 2023 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin əlində olduğu güman edilən nüvə silahlarının yerləşə biləcəyi Sdot Micha hərbi bazası raket hücumuna məruz qalıb.

Bu barədə “The New York Times” peyk fotolarına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ehtimal ki, HƏMAS tərəfindən atılan raket İsrailin Sdot Micha hərbi bazasına düşüb.

Mütəxəssislərin fikrincə, bu bazada nüvə başlığı daşıya bilən çoxlu sayda raketlər yerləşir.

Nəşr dəqiqləşdirir ki, raketlər zədələnməyib, lakin hücum nəticəsində yaxınlıqdakı ərazidə yanğın başlayıb.

Qəzetin qeyd etdiyi kimi, bu, Fələstin yaraqlılarının nüvə silahının olduğu güman edilən obyektə hücumu ilə bağlı ilk məlum hadisədir.

Nəşr eyni zamanda vurğulayır ki, HƏMAS-ın bundan xəbəri olub-olmaması və ya obyektin təsadüfən hədəfə çevrilməsi aydın deyil.

Oxuməni.az