Fidel Kastronun kiçik bacısı vəfat edib

Fidel Kastronun kiçik bacısı vəfat edib

5 Dekabr 2023 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Kubalı dövlət və siyasətçi Fidel Kastronun kiçik bacısı Xuanita Kastro dekabrın 4-də Mayamidə (Florida ştatı) 91 yaşında vəfat edib. Bu barədə onun nümayəndəsi Mariya Antonietta Kollinz məlumat verib.

“Bu, heç vaxt açıqlamaq istəmədiyim, lakin üç onilliklər ərzində onun nümayəndəsi olduğum üçün açıqlamağa borclu olduğum xəbərdir. Bu gün 90 yaşında müstəsna qadın və Kuba uğrunda yorulmaz döyüşçü Xuanita Kastro vəfat etdi”, - deyə o, İnstaqram səhifəsində yazıb. Qeyd edilir ki, mərhumun dəfn mərasimi bağlı qapılar arxasında keçiriləcək.

Xuanita Kastro 1964-cü ildə adanı tərk edib. Bundan sonra o, dəfələrlə Kuba hakimiyyətini açıq şəkildə tənqid atəşinə tutub. Daha sonra o, 1961-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini boynuna alıb.

Oxuməni.az