İsrail Qəzzaya hücumu genişləndirir

İsrail Qəzzaya hücumu genişləndirir

4 Dekabr 2023 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin hücumu Qəzzanın bütün bölgələrinə yayılıb. İsrail hərbçiləri "HƏMAS"-a qarşı əməliyyatların şimaldakından daha dağıdıcı olacağını vəd edərək , Qəzzanın cənubunda təxliyə əmri verib , lakin fələstinlilər təcrid olunmuş ərazidən gedəcək yerlərinin olmadığını deyirlər.

Müharibənin ilk günlərində İsrailin mülki əhalini şimalı tərk etmə çağırışından sonra Qəzzanın iki milyondan çox əhalisinin çoxu cənuba sıxışıb.

"BMT" xəbərdarlıq edir ki, Qəzza sektorundakı xəstəxanalar həddən artıq doludur.
Qəzzanın Səhiyyə Nazirliyi döyüşlərin bərpasından bəri yüzlərlə insanın öldüyünü və ya yaralandığını bildirib. Nazirlik onların əksəriyyətinin uşaq olduğunu və hələ də dağıntılar altında qaldığını bildirib.
Beynəlxalq ictimaiyyət mülki insanları qorumaq üçün İsrailə təzyiq etməkdə davam edir.
İsrail hərbçilər bildirirlər ki, onların təyyarələri yalnız komanda mərkəzləri və silah anbarları da daxil olmaqla, "Həmas" hədəflərinə zərbələr endiriblər.

Bundan əlavə, beynəlxalq "Qırmızı Xaç" komitəsinin sədri Miryana Spolyariç-Eggerin Misirə uçması, oradan da Qəzza zolağına getmək niyyətində olduğu gözlənilir. Onun səfərinin məqsədi israilli girovları ziyarət etmək və onları dərmanla təmin etmək üçün "Həmas" rəhbərliyi ilə danışıqlar aparmaqdır.

Oxuməni.az