Ermənistan Rusiyanı məhkəməyə verməyəcək

Ermənistan Rusiyanı məhkəməyə verməyəcək

4 Dekabr 2023 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Rusiyanı silah pulunu almadığına görə məhkəməyə vermək fikrində deyil, problem tərəfdaşlıq şəraitində həll olunmalıdır. Bu barədə respublikanın müdafiə nazirinin müavini Hraçya Sarkisyan keçirdiyi brifinqdə bildirib.

"Silah tədarükü olmayıb, amma iş məhkəməyə getməyəcək. Düşünürəm ki, məsələ tərəfdaşlıq şəraitində həll olunacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya silah pulu ödədiyini, lakin heç vaxt silah almadığını bildirib.

Oxuməni.az