Venesuelada keçirilən referendum Qayana ilə mübahisəli ərazinin “ilhaqını” təsdiqləyib

Venesuelada keçirilən referendum Qayana ilə mübahisəli ərazinin “ilhaqını” təsdiqləyib

4 Dekabr 2023 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela və Qayana ətrafında hərbi vəziyyət qızışmaqda davam edir.

Venesuelada Qayana ilə mübahisəli Essekibo ərazisinin statusu ilə bağlı referendum keçirilib.

Ölkə hakimiyyəti 10,5 milyon seçicinin 95,3%-nin yeni ərazilərin “ilhaqına” səs verdiyini açıqlayıb. Əslində bununla Venesuela Essequibonun ilhaqını təsdiqləyib.

Ölkə prezidenti Nikolas Maduro “Venesuela xalqının yüksək səslə və aydın danışdığını” və bu qələbənin onlara məxsus olduğunu bildirib.

Oxuməni.az