İtaliyalı mütəxəssislər petroqlifləri öyrənmək üçün Qırğızıstana səfər edəcəklər

İtaliyalı mütəxəssislər petroqlifləri öyrənmək üçün Qırğızıstana səfər edəcəklər

4 Dekabr 2023 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 25-30-da Alp dağlarının Kamonika vadisində “Müqayisəli qayaüstü incəsənət: Qırğızıstanın mədəni irsi və Kamonika vadisi” mövzusunda seminar keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Seminarın nəticəsi olaraq tərəflər 2024-cü ildə Qırğızıstan mütəxəssisləri və universitet tələbələri üçün Centro Camuno di Studi Preistorici arxeoloji mərkəzində petroqliflər üzrə təlimlərin təşkili barədə razılığa gəliblər. İtalyan mütəxəssislər petroqlifləri öyrənmək və onların sənədləşdirilməsini həyata keçirmək üçün Qırğızıstana səfər edəcəklər.

Tərəflər, həmçinin Qırğızıstanın petroqliflərinə dair beynəlxalq sərginin təşkili və sonradan kataloqun buraxılması barədə razılığa gəliblər.

2022-ci ildə Qırğızıstanın İtaliyadakı səfirliyinin yardımı ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi üzrə Respublika Müfəttişliyi ilə Qırğızıstan Respublikasının İtaliyadakı səfirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Kamonika Vadisi Avropada ən böyük petroqliflər kolleksiyasını ehtiva edən YUNESKO-nun mədəni irs saytıdır. Arxeoloji mərkəzdə Kataloq İncəsənətinin Ümumdünya Arxivi yerləşir, burada kataloq sənədləri və dünya üzrə aparılan çoxsaylı tədqiqatlar var.

Oxuməni.az