Ukrayna hərbçiləri ötən gecə 18 Şahed pilotsuz təyyarəsini və bir X-59 idarə olunan raketini vurublar

Ukrayna hərbçiləri ötən gecə 18 Şahed pilotsuz təyyarəsini və bir X-59 idarə olunan raketini vurublar

4 Dekabr 2023 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Hava hücumundan müdafiə vasitələri Ukraynanın ən azı doqquz bölgəsində fəaliyyət göstərib
Dekabrın 4-nə keçən gecə rus işğalçıları hücum pilotsuz təyyarələri və aviasiya raketindən istifadə edərək Ukraynaya hücum ediblər. Bu barədə Telegram-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat mərkəzi məlumat yayıb.

"Hava hücumunun dəf edilməsinə Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin döyüş təyyarələri, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb edilib", - məlumatda deyilir.

Döyüş əməliyyatları nəticəsində 18 hücum PUA və bir ədəd X-59 idarə olunan təyyarə raketi məhv edilib.

Hava hücumundan müdafiə vasitələri Ukraynanın ən azı doqquz bölgəsində fəaliyyət göstərib.

Oxuməni.az