Moskva aeroportlarında 70-dən çox reys gecikib və ya təxirə salınıb

Moskva aeroportlarında 70-dən çox reys gecikib və ya təxirə salınıb

4 Dekabr 2023 06:50
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü qar səbəbindən Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarının işində problemlər yaranıb, 70-dən çox reys gecikib və ya təxirə salınıb.

Şeremetyevo hava limanında 34 reys gecikib. Domodedovo aeroportunda 17 reys gecikib, daha 3 reys təxirə salınıb, Vnukovoda - 13 reys gecikib, Jukovskidə 6 reys gecikib.

Hava limanlarında 2 saata qədər gecikmələr adi haldır. Beləliklə, Federal Hava Nəqliyyatı Agentliyi çarter və müntəzəm uçuşların gecikmələri ilə bağlı statistik məlumatları hesablayarkən 2 saatdan az gecikmələri nəzərə almır.

Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın bildirdiyinə görə, Moskvaya 145 ilin ən güclü qarı yağıb.

Oxuməni.az