Keçmiş prezidentin ölkədən çıxışına icazə verilməyib

Keçmiş prezidentin ölkədən çıxışına icazə verilməyib

3 Dekabr 2023 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun partiyası siyasətçinin Macarıstanın baş naziri Viktor Orbanla görüşünün planlaşdırıldığı barədə ölkənin Təhlükəsizlik Xidmətinin məlumatını etibarsız adlandırıb.

"SBU"-ya görə, Ali Radanın deputatı ilə “Putinin dostu” Orbanın görüşü Rusiya tərəfindən təbliğat məqsədilə istifadə oluna bilər, ona görə də Poroşenko Ukraynadan buraxılmayıb və onun çıxış icazəsi ləğv edilib.
Siyasətçinin özü hadisəni “absurd teatrı” adlandırıb. Onun sözlərinə görə, Varşava və Vaşinqtonda o, "ABŞ Konqresinin" və "Polşa Seymi"nin nümayəndələri ilə Avropaya inteqrasiya, hərbi və maliyyə dəstəyi məsələləri ilə bağlı görüşlər planlaşdırıb.

Macarıstan bildirib ki, bu cür xəbərlər “Ukraynanın Avropa İttifaqına üzv olmağa hazır olmadığını göstərən daha bir sübutdur”. Macarıstan hökumətinin rəsmi nümayəndəsi Zoltan Kovaçın nəşrində deyilir: “Macarıstan prezident Zelenskinin daxili siyasi mübarizəsində heç bir rol oynamaq istəmir."

Oxuməni.az