Göyərtəsində 422 sərnişinin olduğu "Boeing 777" Rusiyada qəza enişı edib

Göyərtəsində 422 sərnişinin olduğu "Boeing 777" Rusiyada qəza enişı edib

1 Dekabr 2023 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvadan uçan Aeroflot şirkətinə məxsus Boeing 777 təyyarəsi Yujno-Saxalinskdə məcburi eniş edib.

Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təyyarə yerli vaxtla saat 9:34-də (Moskva vaxtı ilə 1:34) Yujno-Saxalinsk hava limanına “insidentsiz” enib. Hava limanından verilən məlumata görə, təyyarənin göyərtəsində 14 ekipaj üzvü və 408 sərnişin olub.

“Eniş təhlükəsiz şəkildə tamamlandı. Mütəxəssislər tərəfindən aparılan yoxlama zamanı texniki səbəb müəyyən edilib və aradan qaldırılır”, - deyə mətbuat xidmətindən bildirilib.

“Aeroflot” dəqiqləşdirib ki, SU1744 Moskva-Yujno-Saxalinsk reysini yerinə yetirən təyyarədə eniş qurğusunun altı təkərindən birində təzyiqin düşməsi əlaməti olub. “Ekipaj bu halda lazım olan bütün prosedurları yerinə yetirib, o cümlədən hava limanının yerüstü xidmətlərini xəbərdar edib”, – şirkətdən bildiriblər.

Təyyarənin yerli vaxtla saat 17:00-da (Moskva vaxtı ilə 9:00) yenidən Moskvaya uçması planlaşdırılır.

Oxuməni.az