Krımda “əsrin tufanı” beş nəfərin həyatına son qoyub

Krımda “əsrin tufanı” beş nəfərin həyatına son qoyub

1 Dekabr 2023 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Krımda tüğyan edən “əsrin fırtınası” nəticəsində 5 nəfər həlak olub, daha 12 nəfər yaralanıb. Bu barədə respublikanın rəhbəri Sergey Aksenov öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət 18 bələdiyyə ərazisində yerləşən 320 yaşayış məntəqəsinə ziyan vurub. 273 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ümumilikdə 500 mindən çox insan işıqsız qalıb.

— Təbii fəlakət nəticəsində 12 nəfər xəsarət alıb. Təəssüf ki, 5 nəfər həlak olub”, - Aksenov bildirib.

Krım rəhbəri qeyd edib ki, 159 fərdi yaşayış evi, iki hündürmərtəbəli bina, 193 təsərrüfat sahəsi və 60 daça su altında qalıb. Rayonda istilik təchizatının məhdudlaşdırılması ilə bağlı 125, bina və tikililərin dam örtüyünün zədələnməsi ilə bağlı daha 873 hadisə qeydə alınıb.
Yalta, Aluşta, Evpatoriya, Feodosiya, Kerç, Sudak şəhərlərində, eləcə də sahilyanı kənd yaşayış məntəqələrində sahil mühafizə strukturları, çimərliklər və bəndlər ən çox zərər çəkib”, - Aksenov bildirib.

Fövqəladə halların aradan qaldırılmasına 3 mindən çox insan və 350 texnika cəlb olunub. Krımda idarələrarası əməliyyat qərargahı fəaliyyətini davam etdirir. Aksenov qeyd edib ki, ilk saatlarda su basmış evlərdən 445 nəfər təxliyə edilib. 53 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərində qalır.

“Respublikadakı vəziyyət nəzarət altındadır, dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”, - deyə Krım rəhbəri yekunlaşdırıb.

Xatırladaq ki, Krımda “əsrin fırtınası”ndan dəyən zərər 39,7 milyard rubl təşkil edib. Fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasına ümumilikdə 3 mindən çox canlı qüvvə və 350 texnika cəlb olunub.

Oxuməni.az