Orban: "Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar başlamamalıdır"

Orban: "Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar başlamamalıdır"

1 Dekabr 2023 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan hesab edir ki, Avropa İttifaqı əvvəlcə Ukrayna ilə 5-10 il müddətinə strateji tərəfdaşlıq sazişi bağlamalı və yalnız bundan sonra bu ölkənin icmaya qəbul edilməsinin mümkün olub-olmayacağına qərar verməlidir. Bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

"Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar başlamamalıdır", - hökumət başçısı bildirib. Onun sözlərinə görə, “Avropa Komissiyası Ukraynanın üzvlüklə bağlı danışıqlara başlamaq təklifi irəli sürüb, lakin bu, bir çox dövlətlərin maraqları ilə üst-üstə düşmür”. Orban qeyd edib ki, bu məsələ Aİ-nin Brüsseldə keçiriləcək sammitinin gündəliyinə salınarsa, onun iştirakçıları “bir-biri ilə razılaşa bilməyəcəklər”.

“Əgər biz Ukraynanı qəbul etməyin nəticələrinin nə olacağını bilmiriksə, o zaman bu barədə danışmağa belə başlamayaq”, - Orban deyib. Onun fikrincə, Avropa İttifaqı “əvvəlcə Ukrayna ilə 5 ildən 10 ilə qədər davam edə biləcək strateji tərəfdaşlıq haqqında saziş bağlamalıdır, sonra biz bundan sonra necə davam edəcəyimizi düşünə bilərik”. "Ancaq heç kim bizim fikrimizi soruşmayıb" deyən Orban Avropa Komissiyasının Ukrayna ilə danışıqlara başlamaq təklifi ilə bağlı əlavə edib.

Oxuməni.az