Aİ ölkələri Ukraynaya dörd il ərzində 50 milyard avro dəyərində maliyyə yardımı paketi barədə razılığa gəliblər

Aİ ölkələri Ukraynaya dörd il ərzində 50 milyard avro dəyərində maliyyə yardımı paketi barədə razılığa gəliblər

1 Dekabr 2023 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqına üzv dövlətlər növbəti 4 il ərzində Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı barədə razılığa gəliblər. Bu barədə Sky News anonim mənbəsinə istinadən məlumat verilib.

Kanalın həmsöhbəti vurğulayıb ki, Avropa Komissiyasının Ukraynaya bu cür maliyyə dəstəyi təklifinə “heç kim etiraz etmir”.

Onun sözlərinə görə, “əsas üzv dövlətlərin Ukraynaya dəstəyidir” və bunu heç kim inkar etmir.

Sky News qeyd edir ki, üzv dövlətlər Avropa İttifaqının ümumi büdcəsinə göndərilməsi təklif edilən əlavə vəsaitin böyük hissəsini Ukraynaya köçürmək istəyirlər.

Xatırladaq ki, oktyabrın 3-də Avropa Parlamenti Avropa İttifaqının 2021-2027-ci illər üçün çoxillik büdcəsinə yenidən baxılması ilə bağlı Avropa Komissiyasının təkliflərini dəstəkləyən qətnamə qəbul edib ki, bu da 50 milyard avro dəyərində xüsusi Ukrayna fondunun yaradılmasını nəzərdə tutur. Ukraynaya yardımın artırılmasının qarşısını xüsusilə Macarıstan alıb. Slovakiya yardımın əleyhinə idi.

Oxuməni.az