«Instagram»-da yeni funksiya: Hekayələr 7 gün ərzində görünəcək

«Instagram»-da yeni funksiya: Hekayələr 7 gün ərzində görünəcək

1 Dekabr 2023 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

“My Week” funksiyası sayəsində Instagram istifadəçilərə hekayələrinə 24 saat deyil, 7 gün baxmaq imkanı verəcək.

Sosial media platforması «Instagram», hekayələr funksiyasının göstərilmə vaxtını uzada biləcək bir funksiya üzərində işləyir.

Bu xüsusiyyət ilə istifadəçilərin platformadakı hekayələrinə 24 saat deyil, 7 gün baxmaq olacaq. Digər tərəfdən, istifadəçilərin istədikləri zaman hekayələrini silə biləcəyi də bildirilib. Funksiyanın nə vaxt istifadəyə veriləcəyini hələlik söyləmək çətindir.

Bununla belə, proqram tərtibatçısı Alessandro Paluzzinin sözlərinə görə, «Instagram»-ın belə bir funksiya üzərində işlədiyi və tezliklə istifadəçilərə təqdim etməyi hədəflədiyi qeyd edilib.

Oxuməni.az