Pekində ŞƏT Milli Koordinatorları Şurasının iclası keçirilib

Pekində ŞƏT Milli Koordinatorları Şurasının iclası keçirilib

1 Dekabr 2023 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 28-dən dekabrın 1-dək Pekində Qazaxıstanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Milli Koordinatorları Şurasının iclası keçirilib, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əsas diqqət Qazaxıstanda ŞƏT-in əsas orqanlarının - Dövlət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının qarşıdan gələn iclaslarının, eləcə də Təhlükəsizlik Şuraları katiblərinin görüşünün hazırlanmasına yönəldilib.

İştirakçılar 2024-cü ildə ŞƏT-in Astanada keçiriləcək sammitində imzalanması planlaşdırılan sənədlərin layihələri, o cümlədən Qazaxıstan Prezidentinin elan etdiyi “Ədalətli sülh və harmoniya naminə dünya birliyi haqqında” ŞƏT təşəbbüsü ilə bağlı razılığa gəliblər.

Hazırkı mərhələdə ŞƏT-in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı gələcək tədbirlər və təkliflər nəzərdən keçirilib.

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin milli koordinatoru, xüsusi tapşırıqlar üzrə səfiri Murat Mukuşev həyata keçirilən işlərin əhəmiyyətini, habelə üzv dövlətlərin konstruktiv yanaşmasını vurğulamışdır. O, səmərəli praktiki çoxtərəfli qarşılıqlı fəaliyyət maraqları naminə ŞƏT-in təkmilləşdirilməsini vacibliyini qeyd edib.

Milli əlaqələndiricilər həmçinin Təşkilatın cari fəaliyyəti ilə bağlı məsələləri, o cümlədən ŞƏT-in 2024-cü il üçün Əsas Fəaliyyət Planını nəzərdən keçiriblər.

Qazaxıstan 2023-cü ilin iyulundan 2024-cü ilin iyuluna qədər Şanxay Əməkdaşlıq Təşkilatının sədridir.

Oxuməni.az