Müsəlmanları təhqir etdiyi üçün 40 saat ictimai əməyə məhkum edilib

Müsəlmanları təhqir etdiyi üçün 40 saat ictimai əməyə məhkum edilib

1 Dekabr 2023 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiyada yerli məhkəmə irqçi və ifrat sağçı Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveldi müsəlmanları təhqir etdiyi səbəbilə 40 saat ictimai əməyə məhkum edib. Vaqensveldin ifadə azadlığının həddini aşdığını qeyd edən məhkəmə, "Müsəlmanları nasistlərlə müqayisə edərək, onların da eyni dərəcədə iyrənc hərəkətlər edə biləcəklərini iddia edərək, Quranı cırıb bunu etməkdə israr edərək müsəlmanları təhqir etdiyini" deyib. Hollandiyada dini idarəçiləri adına Vaqensvelddən şikayət edən vəkil Alper Çınar, "Bir qrupu təhqir etdiyi üçün məhkəməyə müraciət etdik. Hakim Vaqensveldi günahkar bildi" deyə məlumat verib.

Oxuməni.az