Venesuela Qayananı işğal etməyə hazırlaşır

Venesuela Qayananı işğal etməyə hazırlaşır

30 Noyabr 2023 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Latın Amerikası böyük bir müharibənin astanasındadır.

Bu barədə “Clash Report” nəşri Braziliya kəşfiyyatındakı mənbəyə istinadən yazır.

Qəzet Venesuela ordusunun Qayana Respublikasına qarşı hərbi əməliyyatlara başlayacağı barədə məlumat alıb.

Eyni zamanda, yerli nəşrlər Venesuela və Qayana hərbi birləşmələri arasında döyüşlərin olduğu iddia edilən kadrları dərc edirlər. Amma videoyazılardakı hadisələrin həqiqiliyi təsdiqini tapmayıb.

Guyanagi mübahisəli Qayana-Essekibo bölgəsində (Braziliya Qayananı dəstəkləyir) qarşıdurmaların baş verdiyi xəbərləri fonunda Braziliya qoşunlarının Venesuela ilə sərhədə doğru hərəkət etdiyinə dair məlumat dərc edib.

Ötən həftə sonu ABŞ Ordusu 1-ci Təhlükəsizlik Qüvvələrinə Yardım Briqadasının (SFAB) rəhbərliyinin bir hissəsini Qayanaya göndərib.

Xatırladaq ki, bu yaxınlarda Qayana okeanının şelfində böyük neft yataqları aşkar edilib. Hazırkı insidentin mümkün səbəblərindən biri kimi onlara nəzarət uğrunda mübarizə göstərilir.

Oxuməni.az