Ukrayna NATO-ya üzv olmaq müqabilində ərazilərdən imtina etməyəcək

Ukrayna NATO-ya üzv olmaq müqabilində ərazilərdən imtina etməyəcək

30 Noyabr 2023 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

“Biz mübarizəmizi davam etdirməliyik” bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsseldə Şimali Atlantika Alyansı ölkələrindən olan həmkarlarına bildirib.

"Biz davam etməliyik, mübarizəni davam etdirməliyik. Ukrayna geri çəkilmək fikrində deyil. Nədənsə başqasına təslim olmağı və güzəştə getməyi tövsiyə etmək həmişə asandır", - deyə "The Times" nazirin sözlərindən sitat gətirib.

Kulebanın sözlərinə görə, Ukrayna hakimiyyəti 1991-ci il sərhədlərinə qayıtmaq niyyətindədir. Xarici işlər naziri həmçinin Qərbdən silah tədarükü tempindən məyus olduğunu bildirib.

Bundan əlavə, Ukrayna XİN rəhbəri Rusiya Federasiyası ilə danışıqların başlaması ilə bağlı Qərbdən “heç bir təzyiq” hiss etmədiyini bir daha təkrar etdi.

Oxuməni.az