Almaniya prezidentini Qətər hava limanında qarşılamağı unudublar

Almaniya prezidentini Qətər hava limanında qarşılamağı unudublar

30 Noyabr 2023 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşməyi unudublar. Siyasətçi təyyarənin pilləkənlərində yarım saat istidə dayanıb.

Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.

Almaniya prezidentinin Qətər əmiri Təmim Əl Tani ilə danışıqlar aparmaq üçün Qətərə uçduğu bildirilir. Ştaynmayerin arvadı limuzinlə yola düşüb və siyasətçi 30 dərəcə istidə təyyarənin yuxarı pilləsində az qala yarım saata qədər narazı sifətlə qırmızı xalçaya və Qətərin fəxri qarovulunun düzülməsinə baxıb.

Buna baxmayaraq tərəflər arasında rəsmi görüş baş tutub.

Oxuməni.az