ABŞ Konqresinə yeni qanun layihəsi təqdim edilib

ABŞ Konqresinə yeni qanun layihəsi təqdim edilib

30 Noyabr 2023 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinə Ukraynanın bərpası lehinə sanksiyaya məruz qalan rus oliqarxlarının aktivlərinə həbs qoyulması ilə bağlı qanun layihəsi təqdim olunub.

Onu parlamentin hər iki palatasından senatorlar Şeldon Uaythaus (demokrat) və Lindsi Qrem (Respublikaçı), Nümayəndələr Palatasının üzvləri Co Vilson (Respublikaçı) və Stiv Koen (demokrat) həm də respublikaçılar təqdim ediblər .

"Qanun layihəsi Ədliyyə Departamentinə sanksiyaya məruz qalmış rus oliqarxlarına məxsus yüksək dəyərli aktivləri daha tez müsadirə etməyə və bu aktivlərdən əldə edilən gəlirləri Ukraynaya köçürməyə imkan verəcək", - qanun layihəsinin təsvirində deyilir.

Söhbət şəxsi təyyarələr, yaxtalar və digər bahalı aktivlərdən getdiyi aydınlaşdırılır.

Oxuməni.az