Almatıda yataqxanada baş verən yanğında 13 nəfər ölüb

Almatıda yataqxanada baş verən yanğında 13 nəfər ölüb

30 Noyabr 2023 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Almatıda yataqxanada yanğın baş verib, 13 nəfər ölüb, şəhərin Fövqəladə Hallar Departamenti xəbər verir.

Noyabrın 30-da saat 5:33 radələrində şəhərin Adi Şaripov küçəsində yanğın hadisəsi qeydə alınıb. İlk yanğınsöndürmə bölməsi 7 dəqiqə ərzində hadisə yerinə gəlib. Yanğın üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin yataqxanaya çevrilmiş zirzəmisində aşkar edilib. Yanğının ümumi sahəsi ilkin olaraq 30 m2 olub.

Yanğın saat 6:22-də söndürülüb. Yanğının söndürülməsi zamanı xilasedicilər 13 nəfərin meyitini aşkar ediblər, onların şəxsiyyəti müəyyənləşdirilir. İlkin versiyaya görə, insanlar dəm qazından zəhərlənərək ölüb.

Almatı Xalq Sağlamlığı Departamentinin məlumatına görə, saat 8:00-da iki yanğın qurbanı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

“Bir qurban dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib”. Vəziyyəti orta ağır, stabildir. İkinci xəstə isə bütün müayinələrdən sonra ambulator müalicə üçün sərbəst buraxılıb. Bütün zərərçəkənlərə psixoloji yardım da daxil olmaqla, lazımi tibbi yardım tam şəkildə göstərilir”, - məlumatda deyilir.

Yanğın yerində 7 təcili tibbi yardım briqadası işləyir.

Almatı fövqəladə hallar departamentinin rəhbəri Nurlan Atıqaevin sözlərinə görə, yanğının baş verdiyi yataqxana cəmi 1,5 aydır qeyri-rəsmi fəalliyət göstərir.

İnzibatçının sözlərinə görə, yataqxanada Özbəkistan, Pakistan, eləcə də Qazaxıstan vətəndaşları yaşayırmış.

Oxuməni.az