İsrail və HƏMAS Qəzza zolağında atəşkəsi uzadıb

İsrail və HƏMAS Qəzza zolağında atəşkəsi uzadıb

30 Noyabr 2023 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail və Fələstinin Həmas qrupu Qəzza zolağında humanitar atəşkəsin uzadılması barədə razılığa gəlib. Bu barədə İsrail Müdafiə Qüvvələri öz Telegram kanalında məlumat yayıb.

“Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və çərçivə (müqavilə) şərtlərinə uyğun olaraq, əməliyyat fasiləsi davam etdiriləcək”, - deyə İDF-nin bəyanatında deyilir.

AFP xəbər verir ki, HƏMAS “atəşkəsin yeddinci gün uzadılması” barədə razılıq əldə edildiyini bildirib.

Noyabrın 24-də dörd günlük atəşkəs elan olundu, noyabrın 27-də isə daha iki gün uzadıldı. Birinci mərhələdə Həmas İsrail həbsxanalarında olan 150 fələstinlinin qarşılığında 50 israilli girovu azad etməli idi. Razılaşma əvvəlcə atəşkəsin uzadılması imkanını ehtiva edirdi: hər on girov üçün bir gün əlavə olunacaq və fələstinli əsirlərin mübadiləsi üçə bir düsturla davam etməlidir.

Oxuməni.az