Xəzəryanı ölkələrin xarici işlər nazirləri Moskvada bir araya gələcək

Xəzəryanı ölkələrin xarici işlər nazirləri Moskvada bir araya gələcək

29 Noyabr 2023 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Xəzər “beşliyi”nin xarici işlər nazirləri dekabrın 5-də Moskvada görüşəcək.

Zaxarova: “Dekabrın 5-də Moskvada ölkəmizin xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı dövlətlərin: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır",- deyib

O əlavə edib ki, bu formatda Nazirlər Şurası çərçivəsində Rusiya xarici işlər nazirinin həmkarları ilə bir sıra ikitərəfli görüşləri planlaşdırılır.

Oxuməni.az