Argentina Qərblə yaxınlaşma yolu tutacaq
Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley Vaşinqtonda Amerika rəsmiləri ilə görüşdə onun xarici siyasətinin Qərbə yönələcəyini bildirib. Bu barədə Maylinin mətbuat xidməti məlumat yayıb.
"Seçilmiş prezident görüşdə Qərb yönümlü beynəlxalq geosiyasi gündəm və azadlıq dəyərlərinin müdafiəsi ilə bağlı fikirlərini söylədi", - mətbuat xidmətinin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.
Onun sözlərinə görə, Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan görüşdə “Argentinada yaşanan çətin siyasi, iqtisadi və sosial vəziyyətlə əlaqədar” ABŞ-ın yeni hökumətə “yardım göstərməyə hazır olduğunu” bəyan edib.
Bloomberg daha əvvəl bildirmişdi ki, Javier Miley ABŞ-a gəlib, orada Nyu-York və Vaşinqtona səfər edərək Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri və Amerika lideri Co Bayden administrasiyası, həmçinin ABŞ-ın keçmiş prezidenti Bill Klintonla görüşəcək. .
Oxuməni.az






















































.jpg)


.jpg)
.jpg)






















