2023-cü ilin noyabr ayının sonuna kimi Monqolustanın əhalisi 3,5 milyon nəfərə çatacaq

2023-cü ilin noyabr ayının sonuna kimi Monqolustanın əhalisi 3,5 milyon nəfərə çatacaq

27 Noyabr 2023 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Monqolustanın əhalisinin 2023-cü ilin noyabr ayının sonuna kimi 3,5 milyona çatacağı gözlənilir. Bu barədə yerli KİV ölkənin Milli Statistika Komitəsinin məlumatlarına istinadən məlumat yayıb.

“Hesablama 2023-cü ilin ilk 10 ayı üzrə doğuş və ölüm göstəriciləri əsasında aparılıb”, - deyə rəsmi məlumatda qeyd olunub.

1.564.116 kv.km ərazisi və 3,4 milyondan çox əhalisi olan Monqolustan əhalinin sayına görə kiçik ölkələrdən biridir. Eyni zamanda, 15 yaşdan 64 yaşa qədər olan insanlar ölkənin ümumi əhalisinin təxminən 65 faizini təşkil edir.

Ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, Monqolustanın əhalisi 1962-ci ildə 1 milyon, 1988-ci ildə 2 milyon, 2015-ci ildə isə 3 milyon nəfər olub.

Oxuməni.az