Rusiya Tacikistana iki divizion S-300 sistemləri tədarük edib

Rusiya Tacikistana iki divizion S-300 sistemləri tədarük edib

27 Noyabr 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri üçün ümumi hava hücumundan müdafiə sisteminin yaradılması çərçivəsində Tacikistana S-300 sistemlərinin iki bölməsini tədarük edib, Rusiya prezidenti Vladimir Putin bildirib.

“Tacikistana gəlincə biz artıq Tacikistana S-300 hava hücumundan müdafiə sistemlərimizin iki divizionunu vermişik. Bunlar səkkiz işəsalma qurğusudur. Ümumiyyətlə, biz bütövlükdə KTMT üzrə bu işi davam etdirməyə və başa çatdırmağa hazırıq. Ancaq xatırladıram ki, hökumət ilin sonuna kimi müvafiq sərəncam verməlidir”, - deyə Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşündə bildirib.

Putin həmçinin bildirib ki, noyabrın 21-də Tacikistan Respublikası Prezidentinin Moskvaya rəsmi səfəri zamanı Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar zamanı təhlükəsizlik məsələləri, o cümlədən KTMT-nin hava hücumundan müdafiə sisteminin yaradılması müzakirə olunub.

S-300 zenit-raket kompleksi müasir və qabaqcıl təyyarələrin, strateji qanadlı raketlərin, taktiki və əməliyyat-taktiki ballistik raketlərin və digər hava silahlarının kütləvi hücumlarından müdafiə üçün nəzərdə tutulub.

Sistem 380 kilometrə qədər məsafə qət edə bilən 40N6 raketi ilə təchiz edilib. Raket uzaq məsafələrdə gizli təyyarələri, eləcə də üfüqdən kənar məsafələrdə aşağıdan (beş metrə qədər yüksəklikdə) uçan təyyarələri məhv etməyə qadirdir.

S-300 raket sisteminin orta qiyməti 160 milyon dollardır.

Oxuməni.az