Altıqat Paralimpiya çempionu Oskar Pistorius şərti azadlığa buraxıb

Altıqat Paralimpiya çempionu Oskar Pistorius şərti azadlığa buraxıb

25 Noyabr 2023 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Afrika məhkəməsi altıqat Paralimpiya çempionu Oskar Pistoriusu şərti azadlığa buraxıb. Bu həftə 37 yaşı tamam olan idmançı sevgilisi Reeva Steenkampın qətlinə görə 13 illik həbs cəzasının yarısını çəkib. Pistorius yanvarın 5-də azadlığa buraxılacaq

Bildirilir ki, mərhumun ailəsi Pistoriusun şərti azadlığa çıxmağına etiraz etmir.
On il əvvəl, sevgililər günündə mübahisədən sonra Pistorius Pretoriadakı villasının vanna otağının qapısından Steenkampa bir neçə dəfə atəş açıb. İdmançı sevgilisini evində gizlənən təcavüzkar kimi zənn edərək onu vurduğunu iddia edib.
Qəsdən adam öldürməyə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
2015-ci ildə Cənubi Afrikanın Ali Məhkəməsi prokurorun etirazını təmin edib və idmançını qəsdən adam öldürməkdə təqsirli bilərək ona 13 il həbs cəzası verib.

Oxuməni.az