Ukrayna üç “Şahed” hücum pilotsuz təyyarəsini məhv edib

Ukrayna üç “Şahed” hücum pilotsuz təyyarəsini məhv edib

24 Noyabr 2023 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hərbçiləri gecə pilotsuz təyyarəsinin hücumunu dəf ediblər.

Ukraynanın hava hücumundan müdafiəsi noyabrın 24-nə keçən gecə Ukraynaya hücum edən düşmənin üç PUA-nı məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

"2023-cü il noyabrın 24-nə keçən gecə düşmən cənub-şərq istiqamətindən üç "Şahed" tipli hücum PUA-sı ilə hücuma keçib. Hər üçü Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib", - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər saatlarında qeyd edib ki, ruslar gecə saatlarında hava hücumundan müdafiə sistemini vuran üç pilotsuz uçan aparatı işə salıb, həmçinin iki ədəd X-59 idarəolunan təyyarə raketləri ilə zərbələr endiriblər. Hərbi Hava Qüvvələri onlar haqqında heç nə demir.

Oxuməni.az