Fotodakı 106 yaşlı erməni qadının əlində Kalaşnikov avtomatı var
Hollandiyada seçiləcəyi təqdirdə ilk qadın baş nazir olacaq Dilan Yeşilgöz türklərə qarşı düşmənçiliyi ilə tanınır. 1984-cü ildə Hollandiyaya qaçan PKK terrorçusu Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli millət vəkilindən biri olub. Yeşilgözün otağında divardan asılan qadının fotosu diqqət çəkir. Fotoda 106 yaşlı erməni qadının əlində Kalaşnikov avtomatı var. Fotoda Ermənistanın Qarabağı işğal etməsi əks olunub.
Seçiləcəyi təqdirdə Hollandiyanın ilk qadın baş naziri olacaq Dilan Yeşilgöz türklərə nifrəti ilə tanınır. PKK terrorçusu Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli millət vəkili arasındadır. Yeşilgözün otağında divardan asılan qadının fotosu onun türklərə olan düşmənçiliyini ortaya qoyur.
1984-cü ildə PKK terror təşkilatının silahlısı və solçu terror təşkilatlarına bağlı olaraq Hollandiyaya qaçan Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz İsrailin Qəzzada törətdiyi qırğına dəstək verən qalmaqallı paylaşım edib. Yeşilgöz, "Həmasın hərəkətləri İsrail Dövlətini məhv etmək məqsədi daşıyır. Bu, əsas münaqişənin həllindən və günahsız insanlara şəfqətindən ayrıdır" deyə bildirib.
Yeşilgözün otağında divardan asılan fotoşəkilin qarşısında verdiyi poza bunun göstəricisidir. Fotoda 106 yaşlı erməni qadının əlində AK-47 Kalaşnikov avtomatı var. Ermənistanın Qarabağ iddialarının simvolu olan fotoda Qarabağdakı işğal faktı əks olunub.
Oxuməni.az



















































































