Finlandiya Rusiya ilə 1340 kilometrlik sərhəddə bir keçiddən başqa bütün keçidləri bağlayır

Finlandiya Rusiya ilə 1340 kilometrlik sərhəddə bir keçiddən başqa bütün keçidləri bağlayır

23 Noyabr 2023 06:28
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabr ayında Avropa Birliyinə etibarlı səyahət sənədləri olmayan 600-dən çox adam Rusiya vasitəsilə Finlandiyaya gəlib və bu, Helsinkini bir çox keçidləri bağlamağa məcbur edib.

Finlandiya 1340 kilometr quru sərhədi olan Rusiya ilə qalan dörd sərhəd qapısından üçünü bağlayacağını açıqlayıb.

Mətbuat konfransında çıxış edən Finlandiyanın baş naziri Petteri Orpo Moskvanın miqrasiya böhranı yaratmaq üçün mütəşəkkil planlar qurduğuna dair şübhələrə görə yalnız Raja-Joseppi sərhəd postunun açıq qalacağını açıqlayıb.

Bundan əvvəl xarici işlər naziri Elina Valtonen Reuters agentliyinə bildirmişdi ki, Finlandiya qonşusundan qaçqın axını davam edərsə, Rusiya ilə sərhədində qalan dörd keçid məntəqəsinin bəzilərini, hətta hamısını bağlamağı düşünür.

İmmiqrasiya rəsmilərinin sözlərinə görə, qaçqınlar Yəmən, Əfqanıstan, Keniya, Mərakeş, Pakistan, Somali və Suriya kimi müxtəlif ölkələrdən gəlirlər.

Oxuməni.az