İsrailin keçmiş baş naziri: Şəfa xəstəxanasının altındakı sığınacaqları İsrail 40-50 il əvvəl tikib
İsrailin keçmiş baş naziri Ehud Barak bildirib ki, İsrail Şəfa xəstəxanasının altında sığınacaqları 40-50 il əvvəl tikib. Bu barədə Ehud Barak CNN televiziyasında Kristian Amanpura açıqlama verib.
Amanpur, İsrailin Qəzzadakı Şəfa xəstəxanasının altında Həmas qərargahının olması ilə bağlı iddialarını soruşduqda Barak, "Uzun illərdir ki, Şəfa xəstəxanasının altında İsrailli inşaatçılar tərəfindən tikilən sığınacaqlar var və bunlardan Həmasın qərargahı kimi istifadə edildiyi məlumdur. Bir neçə tunelin kəsişməsi isə sistemin kəsişməsidir" deyə bildirib.
Barakın cavabı üzərinə Amanpur, "Buranın İsrail mühəndisləri tərəfindən tikildiyini deyirsiz?" deyə soruşub.
Ehud Barak, "Biz yəqin ki, 40 və ya 50 il əvvəl bu sığınacaqların tikintisinə kömək etdik ki, xəstəxananın məhdud ərazidə fəaliyyət göstərməsi üçün daha çox yer olsun" deyə cavab verib.
Oktyabrın 15-də səhər saatlarında İsrail ordusu Qəzzada minlərlə xəstə və köçkün mülki vətəndaşın yerləşdiyi bölgənin ən böyük səhiyyə müəssisəsi olan Şəfa xəstəxanasına basqın edib. Tənqidlərə səbəb olan basqından sonra tunel və sursat anbarları yerinə binada tapıldığı iddia edilən paslı silahlar və bir neçə kamera sübut kimi təqdim edilib.
Oxuməni.az

































































.jpg-2.jpg)

















