Almaniyanın müdafiə naziri qəfildən Kiyevə səfərə gəlib
AFP xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius noyabrın 21-də səhər saatlarında Kiyevə elan olunmamış səfərlə gəlib.
Səfər proqramına Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov və prezident Vladimir Zelenski ilə görüşlər, Ukrayna hərbi təlim mərkəzi ilə tanışlıq daxildir.
Almaniya Müdafiə Nazirliyi səfərin məqsədini Almaniyanın Ukraynaya dəstəyini təsdiqləmək adlandırıb. Görüşlərin əsas mövzuları Ukrayna əsgərlərinin təlimi və Kiyevə hərbi yardım olacaq.
Bu, Pistoriusun yanvarda müdafiə naziri vəzifəsinə başlayandan sonra Kiyevə ikinci səfəridir. Əvvəlki dəfə o, fevral ayında Ukraynada olub.
Noyabrın 20-də Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə səfər edib. O, Kiyevi əmin edib ki, ABŞ Ukraynaya dəstəyini davam etdirəcək
Oxuməni.az


















































































