Argentinanın "mini-Trampı" adlandırılan Xavier Miley prezident seçkilərində qalib gəlib

Argentinanın "mini-Trampı" adlandırılan Xavier Miley prezident seçkilərində qalib gəlib

20 Noyabr 14:49
Bəyəndim (1) Bəyənmədim (0)

Argentinanın yeni prezidenti , sağçı siyasətçi Xavyer Miley olacaq . O, 140 faizlik inflyasiyadan çıxmaq, həmçinin Mərkəzi Bankı ləğv etmək üçün ölkəni pesodan Amerika dollarına keçirəcəyini vəd edib. "Bu gün Argentinanın bərpası başlayır. Bu, tarixi gecədir", - o, nəticələr açıqlandıqdan sonra deyib.

Seçkilərin ikinci turunda “Azadlıq gəlir” liberter koalisiyasından seçilən Xavyer Miley səslərin demək olar ki, 56 faizini qazanaraq Argentinanın iqtisadiyyat naziri Serxio Massanı 11 faiz qabaqlayıb. Sonuncu artıq nəticələrin onun üçün gözlənilməz olduğunu bəyan edib və telefonla rəqibini qələbə münasibətilə təbrik edib. "Bu, Argentinalıların seçdiyi prezidentdir" - deyib.
Xavier Miley qlobal istiləşməni inkar edir, abortu qadağan etməyi müdafiə edir və Buenos Ayresin "BRİKS"-ə qoşulmaq təklifini geri götürməyi planlaşdırır. Mübahisəli açıqlamalarına görə onu “mini-Tramp” və “zəncirli iqtisadçı” adlandırıblar . Seçki kampaniyasının əvvəlində gələcək dəyişikliklərin simvolu kimi bu alətlə səhnəyə çıxıb.

Siyasətçini qələbəsi münasibətilə ilk təbrik edənlərdən biri keçmiş ABŞ prezidenti Donald Trampın özü olub və o, Mileynin “Argentinanı yenidən möhtəşəm edəcəyinə” ümid etdiyini bildirib.

Argentinanın hazırkı prezidenti Alberto Fernandes də müxalifətçini təbrik edib.
Xavier Miley rəsmi olaraq dekabrın 10-da vəzifəsinin icrasına başlayacaq.

Oxuməni.az