Pentaqon rəhbəri Kiyevə “vacib mesaj”la gəlib

Pentaqon rəhbəri Kiyevə “vacib mesaj”la gəlib

20 Noyabr 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar ertəsi, noyabrın 20-də Pentaqonun rəhbəri Lloyd Ostin səfər üçün Ukraynaya gəlib, Ukrayna mətbuatı xəbər verir.

ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna rəhbərliyi ilə görüşməyi və Vaşinqtonun dəstəyini bəyan etməyi planlaşdırır. Pentaqonun rəhbəri X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: "Mən Ukrayna liderləri ilə görüşmək üçün Kiyevə indicə gəlmişəm".

O əlavə edib ki, səfəri ilə “ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyi” ilə bağlı “vacib mesaj” verməyi planlaşdırır.

Oxuməni.az